Yarış avtomobili tamaşaçılara çırpıldı – Ağır yaralananlar var

İsveçin Rimnu şəhərində yarış avtomobili trasdan çıxaraq tamaşaçılara çırpılıb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb.

“İki nəfər orta dərəcəli, 3 nəfər isə ağır dərəcəli xəsarətlər alıb. Yaralananlardan biri xəstəxanaya helikopter vasitəsi ilə göndərilib”, – deyə Stokholm polisinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, hadisə nəticəsində avtomobil sürücüsü xəsarət almayıb.