Yarışa 3 gün qalmış Kamilin yedikləri hamını təəccübləndirdi – VİDEO

Fitness məşqçisi Kamil Zeynallı Azərbaycanın bodibildinq və fitnes Federasiyasının 30 illiyi münasibətilə keçiriləcək yarışda iştirak etmək üçün məşqlərə davam edir.

Yenicag.az xəbər verir ki, son aylarda məşq sayəsində xeyli çəki atan, əzələ yığan idmançı yarışın başlamasına bir neçə gün qalmış pəhrizə başlayıb.

3 gün sonra yarışa çıxmağa hazırlaşan 38 yaşlı idmançı kiçik porsiyada, yağsız yeməklər yeməyə məcbur olub.

Görüntülərini sosial şəbəkə izləyiciləri ilə bölüşən Zeynallı yedikləri ilə hər kəsi təəccübləndirib.