Yarıtmaz fəaliyyət, yoxsa “mövsümə hazırlıq”? – “Azəriqaz”dan İZAHAT

Ölkənin az qala bütün bölgələrində davamlı xarakter almış müntəzəm qaz kəsintiləri əhalidə ciddi narazılıq doğurub.

Yenicag.az xəbər verir ki, paytaxt Bakı da daxil olmaqla, əksər yaşayış məntəqələrində əhalinin təbii qazla təminatında bəzən bir neçə gün davam edən fasilələr yaranır.

Bu kəsintilər üzündən məişət problemləri ilə üzləşən vətəndaşların etirazına səbəb olan digər məqam “Azəriqaz” rəsmilərinin qeyd olunan fasilələrlə əlaqədar əksər hallarda əhaliyə xəbərdarlıq etməmələridir.

Qeyd olunan problemin səbəblərini öyrənmək üçün əlaqə saxladığımız “Azəriqaz” İstehsalat Birliyi (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərovun məsələyə münasibəti konkret oldu.

O, bəhs olunan təbii qaz kəsintilərini payız-qış mövsümünə hazırlıq xarakterli işlərin həyata keçirilməsi ilə əlaqələndirib. “Azəriqaz” rəsmisi bu işlərin tezliklə yekunlaşdırılacağını bildirib.

Samirə