Yas mərasimi ilə bağlı məsələlər öz həllini tapacaq

Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib.

Yenicag.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasın (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Bakının əksər yerlərində yas mərasimi ilə bağlı məsələlər öz həllini tapıb: “Hazırda Azərbaycanda yas mərasimləri ilə bağlı müzakirələr davam etdirilir. Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün birinci forma qanunla sərt şəkildə, digəri isə təbliğat yolu ilədir”.

Onun sözlərinə görə, hələlik bu məsələdə təbliğat yoluna üstünlük veririlir: “Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və Milli Qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır”.

S.Novruzov qeyd edib ki, artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb: “Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin”.

COP29