!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yas mərasiminə hazırlıq: Kraliça Elizabeti ölməmiş "basdırdılar"

!Reklam – Yazi

Böyük Britaniyanın 92 yaşlı kraliçası Elizabetin yas mərasiminə hazırlıq keçirilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl səhhətində problem yaranan kraliçanın dəbdəbəli yası üçün hazırlıqlar başlayıb. Belə ki, yas mərasiminin planı hazırlanıb. Ssenariyə əsasən, kraliçanın ölümündən sonra baş nazir Tereza Mey çıxış edəcək, ardınca isə 10 günlük matəm elan olunacaq. Yas mərasiminə dövlət adamları və rəsmilər qatılacaq.

BBC isə yas mərasimini canlı yayımlayacaq və 12 gün ərzində bütün əyləncəli verilişlərin yayımını təxirə salacaq.

Qeyd edək ki, Kraliça II Elizabet 21 aprel 1926-cı ildə dünyaya əlib. O, 6 fevral 1952-ci ildə taxta çıxıb. 63 ildir kraliça titulunu daşıyan II Elizabet ən uzun müddət taxtda qalan İngiltərə hökmdarıdır.

www.yenicag.az

1530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv