Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi saxlanıldı

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan Saatlı rayon sakini Vüsal Həşimova ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk edib.

V.Həşimov rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı evə qaytarılıb. Həmin şəxs barəsində Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

www.yenicag.az

193
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100