Yaşadığı ünvanı tərk edən daha bir COVID-19 xəstəsi – Törətdiyi əməl araşdırılır – FOTO

Sabirabad rayonu Türkədi kənd sakini Əli Ələsgərova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adıçəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qaydaları pozan şəxsin qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Ə.Ələsgərovun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-də araşdırmalar aparılır.