Yasamal rayonunda seyf yarıldı: Naməlum şəxslər tərəfindən

Bakının Yasamal rayonunda naməlum şəxslər tərəfindən seyf yarılıb.

Yenicag.az xəbər verir ki, naməlum şəxslər Mustafa Sübhi küçəsində Eldar Şıxverdiyevə (1984-cü il təvəllüdlü) məxsus avtoservisə hasardan tullanmaqla daxil olublar. Orada olan seyfin qapısını açıblar.

Qarətçilərin qəniməti az olsa da, oğurluq faktı üzrə cinayət işinin başlanması üçün kifayət edib – 1600 manat.

Hazırda 27-ci polis bölməsinin əməliyyatçıları cinayəti araşdırırlar. Şübhəlilərin şəxsiyyəti hələ təyin edilməyib.

Ötən gün həmin idarənin ərazisində daha bir oğurluq hadisəsi baş verib. Naməlum şəraitdə Səbinə Qasımovanın (1972-ci il təvəllüdlü) mənzilindən 350 dollar nağd pul və 5 800 dollar dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğurluğun üstü hələ açılmayıb.

COP29