Yasamal rayonunda yanğın baş verdi

Bakıda yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 1000 m² olan dördmərtəbəli evin 2-ci mərtəbəsində hamamın tavanı 8 m² sahədə və şaxtadan keçən elektrik kabelləri 40 p.m yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;