Yasamalda 18 yaşlı qızın intihar cəhdinin SƏBƏBİ

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

Yasamal rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.