Yasamalda 3 otaqlı ev yanıb

Bakı şəhəri, Yasamal rayonunda yanğın qeydə alınıb.

Yeniçağ.Az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan 3 otaqlı mansardın yanar konstruksiyaları 118 m2 sahədə yanıb.

Mənzil və mansardın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az