Yasamalda 3 otaqlı mənzil yandı

Yasamalda 3 otaqlı ev yanıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, ümumi sahəsi 79 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 5 m² sahədə ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.