Yasamalda banka saxta dollar verən əcnəbilər tutulub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, fevralın 16-da saat 14 radələrində Yasamal rayonu ərazisində yerləşən bankların birinə 12 ədəd 50 dollarlıq saxta əskinas verən 2 əcnəbi vətəndaş orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.