Yasamalda beşmərtəbəli binada yanğın oldu

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.