Yasamalda lift şaxtaya düşdü, komendant ərazidən qaçdı

51171Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib. Dadaş Bünyadzadə küçəsi 175 E ünvanında liftin şaxtaya düşməsi nəticəsində 4 nəfər xəsarət alıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, 1-ci mərtəbədən 4 nəfər liftə minib. Elə bu zaman liftin kəndiri qırılıb və qaldırıcı şaxtaya düşüb. Hadisə nəticəsində liftin içərisində olan sərnişinlər xəsarət alıblar.

Sərnişinləri liftin şaxtasından Fövqaladə Hallar Nazirliyinin əməkdaşları çıxarıblar.

Qəza yerinə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları da cəlb edilib və yaralılardan ikisinə xəsarətləri yüngül olduğu üçün ilkin tibbi yardım göstərilib.

Digər iki yaralını isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəsarət alan şəxslərin istifadə etdiyi lift yük daşınması üçün nəzərdə tutulubmuş.

Sakinlər həmçinin hadisə baş verən kimi binanın komendantının ərazidən qaçdığını bildirirlər.