Yasamalda mənzildən kişi meyiti aşkarlandı
Bakının Yasamal rayonunda mənzildə cəsəd aşkarlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyini xəbər yayıb.
Məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1954-cü il təvəllüdlü Hacıbəyov Saleh Məmmədrza oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.