Yasamalda minik avtomobili yandı

Bakının Yasamal rayonunda Kənar dairəvi yolda “Niva” markalı avtomobil yanıb.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, ilkin məlumata görə, avtomobilin motorxanasında alışma qısaqapanmadan baş verib.

Xəsarət alan yoxdur. Araşdırma aparılır.