!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yasamalda narkotik alverçisi yaxalandı – Fotolar

!Reklam – Yazi

narkotikmaddeRespublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Yenicag.az-a daxil olan məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində Ağdam rayon sakini Mərdan Mehrəliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun idarə etdiyi “Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Sorğu zamanı M.Mehrəliyev həmin narkotik vasitənin həmyerlisi Şükür adlı şəxsə aid olmasını və 3000 manat müqabilində satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib. Keçirilən əlavə tədbirlər nəticəsidə İsmayıllı rayonunda yaşayan Ağdam sakini Şükür Hümbətov da saxlanılaraq Baş İdarəyə gətirilib. Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Yenicag.az

www.yenicag.az

1090
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv