Yasamalda qohumlar arasında qanlı dava

115466_res_01 (1)Yasamalda qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Yeni Yasamal 2, bina 8-də Bəhruz Namazov yeznəsi tərəfindən bıçaqlanıb.

Ha disə şahidlərinin sözlərinə görə, Bəhruz Namazovun bacısı ilə həyat yoldaşı arasında tez-tez mübahisələr baş verib. Hər dəfə də ər həyat yoldaşını döyüb.

Bacısının tez-tez döyülməsindən narahat olan Bəhruz Namazov yeznəsi ilə söhbət etmək qərarına gəlib. Söhbət zamanı yeznə ilə qayın arasında mübahisə düşüb. Mübahisə zamanı da yeznəsi Bəhruz Namazova bıçaqla zərbə endirib.

Yaralı bacısı tərəfindən çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Bəhruz Namazovda bir bıçaq xəsarətinin olduğunu bildiriblər. Baş verən qanlı hadisəni Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi araşdırır.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır(APA).