Yasamalın bir hissəsinə suyun verilişi dayandırıldı

Bakının Yasamal rayonunun bir hissəsinə suyun verilişi dayandırılıb.

Bu barədə Yenicag.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, nasos stansiyasında baş vermiş nasazlıqla əlaqədar Yasamal rayonunun Şərifzadə, Zərdabi, A.Abbasov və N.Hikmət küçələrinin bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb. Hazırda qəza-bərpa xidmətinin əməkdaşları nasazlığın aradan qaldırılması üçün ərazidə işləyir.