Yaşamaq üçün ən ucuz şəhərlər hansılardır? – SİYAHI

Tunis 2017-ci ildə dünyanın gedib yaşamaq üçün ən ucuz şəhərləri arasında siyahıda birinci olub.

Yenicag.Az  xəbər verir ki, bu reytinqi Almaniyanın yük taksisi xidmətləri göstərən Movinga şirkəti hazırlayıb.
Ekspertlər yeni getdiyiniz yerdə birinci aydakı yaşayışınız – mənzil kirayəsi, telefon xidməti, yemək və nəqliyyat xərclərini hesablayıblar.

Beləliklə, Afrikadakı eyniadlı ölkənin paytaxtı olan Tunisdə bu xərclər 398 dollara başa gəlir.
İkinci yerdə Hindistanın cənubundakı Banqalor şəhəridir – ora getməyinizə təxminən 422 dollara xərciniz çıxacaq.
Ardınca 532 dollardan bir az çox lazım olacaq Qahirədir.

Dördüncü sırada Buxarestdir. Burada burada birinci ayda yaşamaq 583 dollara başa gəlir. Sonrakı yerdə gələn Kolumbiyanın Medelinu şəhərinə gedişiniz üçün 603,6 dollar lazımdır.
İlk onluğa Bolqarıstanın paytaxtı Sofiya, Kolumbiyanın paytaxtı Boqota, Nigeriyanın paytaxtı Laqos, Riqa və Budapeşt də dü.üb.

Siyahıda ümumilikdə 75 yaşayış məntəqəsi var. Sonuncu yerdə Anqolanın paytaxtı Luandadır. Burada birinci ayda yaşamaq üçün 3,3 min dollar xərcləmək lazımdır.

Yenicag.Az