Yaşayış üçün ən yaxşı şəhərlərin reytinqi açıqlanıb.
Yeenicag.az xəbər verir ki, reytinq “Resonance Consultancy” agentliyi tərəfindən tərtib olunub.
Reytinqdə əhalisi bir milyondan çox olan şəhərlərin iqlimi, təhlükəsizlik səviyyəsi, istirahət və asudə vaxt üçün infrastruktur, vətəndaşların gəlir səviyyəsi və şəhərin sosial şəbəkələrdə populyarlığı kimi parametrlər təhlil edilib.
Bu göstəricilərə görə London Nyu-York və Parisi qabaqlayaraq, birinci yeri tutub. İlk beşliyi Tokio və Moskva tamamlayıb.
İlk onluqda, həmçinin Dubay, Sinqapur, Barselona, Los Anceles və Roma yer alıb.