Yaşar Nurinin evini qarət edən şəxslə bağlı YENİ XƏBƏR – XANIMINDAN AÇIQLAMA

Mərhum Xalq artisti Yaşar Nurinin Novxanıda yerləşən bağ evinin bir otağında yaradılmış Ev Muzeyindən aktyora məxsus şəxsi əşyaları oğurlayan şəxs tapılıb.

Bunu Yenicag.az-a açıqlamasında Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

O, Xalq artistinə məxsus eynək, mobil telefon və s. yadigar əşyaları oğurlayan şəxslə bağlı qərar veriləcəyini deyib:

“İş məhkəmədədir. İki dəfə bu işlə bağlı məhkəməyə dəvət olunmuşam, deyiblər, oğru tapılıb. Onu görmüşəm də. Növbəti məhkəmədə oğru ilə bağlı yekun qərar veriləcək”.

Xalq artistinin bəzi əşyaları tapılsa da, bəziləri geri qaytarılmayıb:

“Əşyalara əglincə, bəziləri tapılıb, bəziləri yox. Oğru tez tapılsaydı, daha çox əşyalar geri qaytarıla bilərdi. O əşyalar müəyyən vaxtlarda hədiyyə olunan yadigar əşyalar idi. Onların mənəvi qiyməti bizim üçün daha böyükdür”.

Cəvahir