Yaşar Türkazər vəfat etdi

Müsavat Partiyasının üzvü, Azərbaycan milli azadlıq hərəkatının aparıcı şəxslərindən biri olan Yaşar Türkazər vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Müsavat Partiyası Aparatının rəhbəri Gülağa Aslanlı məlumat paylaşıb.

G. Aslanlı bildirib ki, keçən ilin noyabrından Y. Türkazər səhhətində – ürək və ağciyərində problemlər yaranıb, son günlər isə ayağında şişmə müşahidə edilib. Son günlər isə Mərdəkanda xəstəxanada müalicə alıb və həkimlərin səyinə baxmayaraq, bu gün vəfat edib.