“İndiyə kimi fond tərəfindən 2927 şəhid ailəsi ziyarət olunub”.
Yenicag.az xəbər verir ki, bunu fondun fəaliyyətinə dair hesabat xarakterli tədbirdə çıxış edən “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.
O bildirib ki, şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlər davam edir:
“Fondun fəaliyyəti dövründə qeydə alınmış yaralı sayı 5 599 nəfər olub. Öhdəliyə götürülən şəxs sayı isə 12 526 nəfər təşkil edib. 2021-ci ildən bu günə kimi daxil olan zəng sayı 117 901 olub. 2022-ci il 1 yanvar tarixindən bu günə qədər 33 265 çağrı qeydə alınıb. Həftə ərzində canlı qəbulda vətəndaş sayı isə 40 nəfərdən yuxarıdır”.
Gülşən Şərif