“YAŞAT” Fondunda qalıq vəsaitin məbləği nə qədərdir? – RƏSMİ AÇIQLAMA

“Hər iki valideynini itirən 7 şəhid övladının adına 5 000 manat məbləğində depozit hesabı açılıb”.

Yenicag.az xəbər verir ki, bunu Fondun fəaliyyətinə dair hesabat xarakterli tədbirdə çıxış edən “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

O bildirib ki, fondun fəaliyyət istiqamətləri üzrə 61 114 757.86 manat məbləğində vəsait xərclənib:

“Qalıq vəsait isə 12 666 677.93 manat təşkil edir. Xərclənən vəsaitlərdən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 36 892 200.00 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üzrə 546 346.40 manat, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 6 336 540.51 manat, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün 17 339 670.95 manat təşkil edib.

Bununla yanaşı, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla, ümumilikdə, 10 215 müraciət təmin edilib. 27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı fond tərəfindən həyata keçirilən “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 manat məbləğində depozit hesabı açılıb”.

Gülşən Şərif