!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“YAŞAT” Fondunun həyata keçirdiyi müsbət fəaliyyəti heç kim inkar edə bilməz” - REAKSİYA

!Reklam – Yazi

“Fondun gördüyü işlərin daha geniş miqyasda təbliği, həmçinin bütün şəhid ailələri və qaziləri əhatə edən tədbirlərin təşkili məqsədə uyğun olardı”.

Bu sözləri “YAŞAT” Fondunun fəaliyyətini dəyərləndirən siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, “YAŞAT” Fondunun şəhid ailələri və qazilərə dəstək yönümlü fəaliyyəti gözlənilən nəticəni verir:

“Azərbaycanın müvafiq dövlət qurumları və “YAŞAT” Fondu, eləcə də yerli icra hakimiyyəti orqanları böyük hesabla şəhid ailələri və qazilərə qarşı yetərincə diqqət göstərirlər. Dövlət onlar üçün maliyyə vəsaiti ayırır, müalicə imkanları yaradır, sosial problemlərini həll edir. Eyni zamanda, onların mənzillə təmin olunmaları həyata keçirilir. Yəni görülən işlər kifayət qədər genişmiqyaslıdır.

Doğrudur, bu məsələdə bəzən isə məmurların məsuliyyətsizliyindən qaynaqlanan diqqətsizlik hallarına da rast gəlinir və belə hallar ictimai rəydə narazılıqla qarşılanır. Bu baxımdan, Fondun gördüyü işlərin daha geniş miqyasda təbliği, həmçinin bütün şəhid ailələri və qaziləri əhatə edən tədbirlərin təşkili məqsədə uyğun olardı. Digər tərəfdən, ortalığı qarışdırmağa çalışan insanlar barədə də dövlət qurumlarına məlumat verilməlidir.

Hesab edirəm ki, “YAŞAT” Fondu 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin problemlərinin həllində həqiqətən, böyük rol oynayır. Fondun fəaliyyətini yaxından izləyirəm və deməliyəm ki, onun həyata keçirdiyi müsbət fəaliyyət sabit qaydada davam etməkdədir. Fondun qazilərimizi Türkiyəyə müalicəyə göndərməsi, Vətənə qayıtdıqdan sonra da onları diqqətdə saxlaması, şəhid ailələrinə maddi yardımlar edilməsi, qazilərin işlə təmin olunmasına imkan yaratması və digər məsələlərdə həssas davranması təqdirəlayiq haldır. Heç kim bu fəaliyyətləri inkar edə bilməz”.

Xatırladaq ki, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə “YAŞAT” Fondu tərəfindən şəhid ailə üzvlərinin 4 min 456, itkin ailə üzvlərinin 7 və yaralıların 5 min 959 müraciəti olmaqla, ümumilikdə 10 min 422 müraciət təmin edilib.

Gülşən Şərif

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv