Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissəsi uçub.
Yenicag.az xəbər verir ki, 9 mərtəbəli yaşayış binasının bir blokunun dağılması nəticəsində 3 nəfər ölüb, 4 nəfər ağır yararlanıb. Ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.
İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.