Yaşayış binasında baş verən yanğın söndürülüb – FOTOLAR/YENİLƏNİB

Neftçalada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

Yanğınla əlaqədar əlavə məlumatın veriləcəyi qeyd edilir.

***

20:22

Neftçalada güclü yanğın hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsi rayonun mərkəzində baş verib. H. Əliyev prospektində yerləşən 40 mənzilli binanın elektrik naqillərində baş verən qısaqapanma zamanı binanın dam örtü yanmağa başlayıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürəni hadisə yerinə cəlb olunub. Bina sakinləri isə təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə barədə məlumat yayıb. Nazirlikdən APA-ya bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.