Yaşayış binasında güclü partlayış: ev sahibi yandı – Fotolar

Rusiyanın Krasnodar şəhərində güclü partlayış baş verib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb beşmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən birində yaranan qaz sızması olub. Hadisə zamanı 7 nəfər yaralanıb.

Məlumata görə, partlayış nəticəsində ev sahibinin bədəninin 90 faizi yanıb. Onun hadisə anında sərxoş olduğu müəyyən edilib.

Hadisə qonşu mənzillərdən də yan keçməyib. Belə ki, yaxınlıqdakı mənzilin pəncərələri qırılıb, divarları uçub.

Həmçinin, qonşuluqda yaşayan ailənin 9 və 12 yaşlarında iki uşağı yanıq xəsarətləri alıb. Hadisə yerində xilasedici qurumlar çalışır. Sakinlər müvəqqəti olaraq başqa yerə köçürülüb.

Faktla bağlı araşdırma başlanıb.

COP29