Yaşayış binasında partlayış – Bakıda

Bakıda yaşayış binasında partlayış olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda baş verən partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Dağıntılar altında qalanların olduğu ehtimalı da var.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.