Yaşayış binasında partlayış – Sumqayıtda/FOTO

Sumqayıtda partlayış olub.

Yenicag.az-ın məlumatına görə, hadisə 9-cu mikrorayonda baş verib.

Belə ki, yaşayış binasındakı evlərin birində partlayış qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Hadisə zamanı xəsarət alanların olub-olmaması araşdırılır./Report/