Yaşayış binasında yağın – 1 nəfər zəhərləndi – Təxliyə

Bakıda yanğın faktı qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb