Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış 8 ədəd sayğac, 8 ədəd qoruyucu açar və 2 p.m elektrik kabeli yanıb.
FHN-dən Yenicag.az-a verilən məlumata görə, yanğın zamanı binadan 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.