Yaşayış binasında yanğın – Bakıda

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, Bakı şəhərinin Qaradağ rayonunda onmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin yanar konstruksiyaları və ev əşyaları 17 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub

. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.