Yaşayış binasında yanğın baş verdi

Paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 135 kvadratmetr olan mənzilin mətbəxində mebel 4 paqonmetr və qismən bir ədəd paltaryuyan maşın yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, mənzil yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.