Doqquzmərtəbəli yaşayış binasında güclü yanğın – YENİLƏNDİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhərinin Binəqədi rayonu, Adil Məmmədov küçəsində doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən məlumat verilib.

Əlavə məlumat veriləcək.

***

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə, bir otağında bir ədəd yastıq və dəhlizdə bir ədəd döşək yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı altı kvadratmetr sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.