Bakı şəhərinin Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 24 m² olan mənzilin yanar konstruksiyaları və binaya bitişik ümumi sahəsi 20 m² olan taxta konstruksiyalardan ibarət köməkçi tikili yanıb.
Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;