Yaşayış binasında YANĞIN – Sayğaclar alışdı

Bakının Qaradağ rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, binanın 3 mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 12 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.