Yaşayış binasında yanğın – Xəsarət alanlar var

Türkiyənin İstanbul şəhərində 4 mərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, binanın sonuncu mərtəbəsində çıxan yanğın nəticəsində 4-ü uşaq olmaqla 7 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadaları gəlib.

Xəsarət alanları şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb.