Yaşayış evi yerlə-yeksan oldu: ölənlər var – VİDEO

ABŞ-ın Nyu-Cersi şəhərində fərdi yaşayış evində güclü partlayış baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində mənzildə olan iki nəfər ölüb. Onların yaşlı ər-arvad olduğu bildirilir.

Partlayışın qaz sızması səbəbindən baş verdiyi ehtimal edilir. Partlayış nəticəsində bir neçə qonşu yaşayış evinə də ciddi ziyan dəyib.