Yaşayış evində partlayış – Xəsarət alan var

Saatlı rayonunda yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildiriblər ki, hadisə rayonun Xanlarkənd kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Yanğın zamanı otaqların birinin qamışdan ibarət tavanının bir hissəsi və yataq dəsti qismən yanıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin ehtimala görə, ani partlama məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

COP29