!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yaşayış minimumunun hesablanmasındakı YANLIŞ: "Üç dəfəlik fərq real deyil"

!Reklam – Yazi

“Yaşayış minimunun dəyərini həm ayrıca götürülmüş fərd, həm də ailə timsalında təsdiqləmək lazımdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri yaşayış minimumunun dəyərinin artmasını şərh edən iqtisadçı Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, hökumətin yaşayış minimumunun dəyərini ümumi göstərici kimi təsdiqləməklə yanaşı, ərzaq, qeyri-ərzaq və xidmətlər səbətinin dəyərini də ayrıca müəyyən etməsi lazımdır:

“2023-cü il üçün təqdiqlənən 246 manatlıq yaşayış minimumunun neçə faizini ərzağın təşkil etdiyi açıqlanmayıb. Ötən il ərzaq inflyasiyası hətta rəsmi rəqəmlərə görə 20%-i ötdü. Yaşayış minimumunun dəyərini həm ayrıca götürülmüş fərd, həm də ailə timsalında təsdiqləmək lazımdır. Çünki ailədə fərdlər artdıqca dəyər də dəyişir.

Hazırda Türkiyədə 4 nəfərlik standart ailə (2 nəfər əmək qabiliyyətli, 2 nəfər uşaq) üçün minimum ərzaq səbətinin aylıq dəyəri 720 manat, yaşayış minimunun ümumi dəyəri isə 2400 manatdır. Bizdə eyni tərkibdə 4 nəfərlik ailə üçün yaşayış minimumu 935 manat, minimum ərzaq səbətinin dəyəri isə təxminən 500 manatdır. Düzdür, Türkiyədə kommunal xidmətlərin və nəqliyyatın dəyəri bizdən xeyli yüksəkdir və xidmət səbətinin dəyəri bizdən orta hesabla 2-3 dəfə bahadır, lakin manat ifadəsində götürsək, ərzaq və geyim bizdən o qədər də fərqlənmir.

Bu baxımdan, 1 ailənin yaşayış minimunun dəyəri arasında az qala üç dəfəlik fərq real deyil. Bunun səbəbi bizdəki doğru olmayan hesablamadan qaynaqlanır”.

Gülşən Şərif

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv