Yaşı 21-dən az olanlara spirtli içki satılmayacaq

Rusiya İstintaq Komitəsi ölkədə yaşı 21-dən az olan gənclərə hər hansı spirtli içkilərin satışını qadağan etməyi təklif edib.

Yenicag.az xəbər verir ki, bu barədə komitənin rəhbəri Aleksandr Bastrıkin bildirib.

“Gənclər arasında alkoqoldan sui-istifadə hallarının qarşısını almaq üçün 21 yaşına çatmamış şəxslərə tərkibində spirt olan məhsulların (o cümlədən az alkoqollu və pivə) satışına qadağa qoyulmalıdır”, – İstintaq Komitəsinin rəhbəri qurumun 2024-cü ilin işlərinin yekunlarına dair kollegiya iclasında deyib.

O, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinin yaş həddinin 16-dan 14-ə endirilməsini təklif edib.

Bastrıkinin sözlərinə görə, bir il ərzində yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən ağır və xüsusilə ağır cinayətlərin sayı 11% artıb.