Yaşı 35-dən aşağı olmayan şəxslərin NƏZƏRİNƏ: Azı iki uşaqlılar…

Azərbaycanda yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə biləcək.

Yenicag.az xəbər verir ki, “Reproduktiv sağlamlıq haqqında” model qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin ciddi müzakirələrə səbəb olan Tibbi sterilizasiya adlanan 16-cı maddəsidir. Bu maddəyə əsasən yaşı 35-dən aşağı olmayan və azı iki uşağı olan şəxslər arzuolunmaz hamiləliyin qarşısını almaq məqsədilə cərrahi tibbi sterilizasiyadan könüllü istifadə edə bilərlər.

Bu model qanun layihəsi TÜRKPA-ya üzv dövlətlərdə tətbiq oluna bilər.