Yaşı 65-dən yuxarı olan müəllimlərə güzəşt ediləcək

“Təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan müəllimlər cəlb olunacaq. Yaşı 65-dən yuxarı olan müəllimlərin fəaliyyətində yaranan fasilələr onların iş vaxtına daxil ediləcək.”

Yenicag.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

“Əmək haqqı saxlanılacaq. Texniki heyət üzrə də yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunacaq. Texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir”.

O qeyd edib ki, müəllim otağında və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə ən az 1,5 metr gözlənilməlidir:

“Eyni zamanda, tədris otaqlarında hər parta arxasında yalnız bir təhsilalanın oturması və onlar arasında məsafənın 1,5 metrdən az olmaması təmin olunur”.