“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Şurası ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təşkil etdiyi araşdırma müsabiqəsinə hazırlıq çərçivəsində planlaşdırılan maarifləndirici sessiya iyunun 21-də saat 10:00-dan 13:00-dək Azərbaycan Dəmiryol Muzeyində keçiriləcək.
Maarifləndirici sessiyada sahəvi mentor və mütəxəssislər tərəfindən Azərbaycan nəqliyyat sektorunda ESG prinsipləri, Azərbaycan dəmir yollarının inkişaf trendləri, COP29 öncəsi dayanıqlı inkişaf modelini seçən ölkəmizdə iqlim təşəbbüsləri və digər mövzular ətrafında təlim təşkil olunacaq.
Sessiyanın keçirilməsində məqsəd KİV nümayəndələrinin sözügedən mövzular üzrə bilik və bacarıqlarının artırılması, məzmunca daha keyfiyyətli materialların hazırlanmasına dəstək göstərməkdir.
Müsabiqəyə qatılmaq istəyən jurnalistlərdən qeyd edilən vaxtda sessiyaya qoşulmaları xahiş olunur.
Ünvan: “28 May” metro stansiyasının yaxınlığı, Sabunçu Vağzalının tarixi binası.
Əlaqə nömrəsi: +99455 217 09 85 (Sənubər Nəzərova)