!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Yaşıl soyqırım”a kimlər göz yumur?

!Reklam – Yazi

14877298_10211119854615255_13896313_nPrezidentin tapşırıgına etinasiz münasibət

Son illərdə paytaxtımız Bakıda, rayonlarda park və xiyabanların salınması, abadlaşdırılması, şəhərdaxili və magistral yolların görkəminin dəyişdirilməsi, beynəlxalq tələblərə cavab verən şəkildə qurulması respublikamıza istirahətə gələn xarici qonaqların da gözündən yayınmır. Bu, Azərbaycana şərəf gətirən hal kimi yüksək qiymətləndirilir, insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Bu gün ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, çirklənmənin qarşısının alınması istiqamətində çoxsaylı tədbirlər reallaşdırılır.
Prezident İlham Əliyevin tapşırığı əsasında istər paytaxtda, istərsə də bölgələrdə yeni ağaclar, gül kolları əkilir. Dövlət büdcəsindən hər il bu kimi işlərin həyata keçirilməsi məqsədilə müəyyən miqdarda vəsait ayrılır. Sıravi insanlardan fərqli olaraq təəssufedici haldir ki, bəzi iş adamları və vəzifəli şəxslər yaşıllıqlara qarşı aqressiv münasibət sərgiləyirlər. Ulu öndər Heydər Əliyev “Bakıda ağac kəsən elə bil ki, mənim qolumu kəsir” demişdi. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi şəxslər yaşıllıqları məhf edərək yerində müxtəlif ticarət obyektləri tikirlər. Bununla da özlərinə gəlirli qazanc mənbəyi yaratmış olurlar.
“Yaşıl soyqırımı”n bu dəfəki hədəfi isə Bakının Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yan tərəfində yerləşən yaşıllıq ərazisidir. Burada hansısa “gözə görünməz əl” tərəfindən yaşıllıq ərazisi dəmir konstruksiyalarla çəpərlənib. Həmin ərazidə apardıgımız müşahidələr zamanı bunu bir daha gördük. Çəpərləmənin hansı məqsədlə və nəyə xidmət etdiyi bizim üçün də qaranlıq qaldı. Dövlətin böyük maliyyə vəsaiti ilə ərsəyə gətirdiyi magistral yolun kənarındakı yaşıllıq zonasi göz görə-görə dagıdılır. Bu yoldan istifadə edən sürücülər və eləcə də ətrafda olan insanlarla söhbətimizdə onlar da dərin narahatçılıqlarını bildirdilər və aidiyyatı qurumları tez bir zamanda bu özbaşnalıgın qarşısını almaga çagırdılar.
Yəqin ki, bu görüntülərdən sonra müvafiq qurumlar, xüsusilə, “Azəravtoyol” ASC məsələ ilə baglı münasibət bildirərlər. /Veteninfo.az

14804857_10211119854575254_1276761221_n 14826212_10211119854735258_464913818_n 14877298_10211119854615255_13896313_n

 

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv