Yaşıl teatrda Eyyub Yaqubov və “Big Band” fırtınası – FOTOLAR

Yaşıl teatrda ” Sound pro media group” və Fuad Musayevin təşkilatçılığı ilə Xalq artisti Eyyub Yaqubovun 2 günlük konserti nəhayət ki, baş tutdu.

Aparıcılığını Rahib Azərinin etdiyi gecədə, 170 nəfərlik peşəkar komanda çalışıb. “Big band”in müşaiyəti ilə”Yaşıl teatr” da dinləyicilərinin qarşısına çıxan xalq artisti “Kim bilir”,”Sovetskiy”, “Yaşa Məhəbbətim”, “Abşeronum”, “Azəri torpağı”, “Ağabala Çaykovski”, “Ana” kimi sevilən mahnılarını səsləndirib.

Daha sonra səhnəyə Big bandin bədii rəhbəri , eyni zamanda konsertin təşkilatçılığını edən Fuad Musayev çıxıb. O, Alim Qasımovla birlikdə səsləndirdiyi “Ürək”, Leyla Əliyevanın sözlərinə bəstələnən ” Дай мне Боже силы ” , ” Səni sevdim” kimi sevilən mahnılarını səsləndirib. Gecədə Xalq artisti Cavan Zeynallı da yer alıb.

Konsertin ikinci günündə tamaşaçılara sürpriz edən Eyyub Yaqubov sosial şəbəkələrdə yayılan ifası ilə məşhurlaşan 10 yaşlı Nuray Şahsuvarlını səhnəyə dəvət edib. Nurayın ifası tamaşaçıların gur alqışları ilə qarşılanıb.