Hacıbala Abutalıbovun bazarları əlindən alınıb.
Yenicag.az Vətəninfo.az-a istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin sabiq rəhbəri Hacıbala Abutalıbov bu günlərdə çox ciddi depressiyaya məruz qalıb. Buna da səbəb sabiq merin vəzifə səlahiyyətlərindən istifadə edərək paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Yaşıl” və “Keşlə”bazarlarını öz nəzarətinə alması idi.
Məlumata görə, artıq bir neçə gündür sabiq merin adamları hər iki bazardan uzaqlaşdırılıblar. Davamlı olaraq müftəxorluğa öyrəşən sabiq mer indi gündəlik gəlirlərindən ikisindən məhrum olub. Bu üzdən də onun depressiyaya düşdüyü bildirilir.